Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev dühası uca zirvədir “ adlı dəyirmi masa keçirilib

06.05.2022

06.05 .22- ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində Ulu Öndər  Heydər Əliyevin doğum gününə həsr edilmiş “Heydər Əliyev dühası uca zirvədir “ adlı dəyirmi masa keçirildi.

    Tədbiri giriş sözü  ilə Mədəniyyət Mərkəzinin direktoru  Afina  Ələkbərova  açaraq qeyd etdi ki, məlum olduğu kimi ,həyat daim inkişafdadır.Cəmiyyətdə də inkişaf labüddür və bu inkişafa təkan verən insanın özüdür.İnsan tanrının ona verdiyi şüur və inkişafın istiqamətini müəyyən edir ,onun yolunun qısa və səmərəli,yaxud əziyyətli olmasını da çox hallarda özü seçir.Bu baxımdan Azərbaycan öz ümummilli lideri ilə fəxr edir və bundan sonra da daim fəxr edəcəkdir. Heydər Əliyevin misilsiz siyasi məharəti ,zəngin dövlətçilik təcrübəsi,möhkəm qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanın yeni tarixində ən böyük çətinliklər ,dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər bir –bir həll edildi.Onun hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanda əsl hüquqi dövlət quruculuğuna başlanmış və həmin proses bu gündə möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir...

 

82.8 KB