06.05.2022
06.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Məşədiqaralar kənd kitabxana filialı və Məşədiqaralar kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 -cu il dönümü münasibəti ilə "Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur"adlı tədbir keçirildi.Tədbiri ilk öncə məktəb direktoru Nəsimi Süleymanov açaraq Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.Sonra sinfin ədəbiyyat müəllimi Hüseynova Sara çıxış edərək bildirdi ki,"Dünyada tarix haqqında yazanlar çox olsa da,tarix yaradanların sayı azdır.Çünki,tarix yaratmaq tarix yazmaqdan qat -qat çətin və məsuliyyətlidir.Ulu öndər Heydər Əliyev də tarix yaradan şəxsiyyətlərdəndir.Heydər Əliyev Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə,ümumən bədii ədəbiyyata xüsusi önəm verirdi.Ədəbiyyat müəllimi Süleymanova Könül öz çıxışında bildirdi ki,Heydər Əliyev deyiləndə -Azərbaycan,Azərbaycan deyiləndə -Heydər Əliyev yada düşür."Tədbirin sonunda kitabxanaçının şagirdlərə hazırladığı Heydər Əliyevə həsr olunmuş "Heydər ata,Heydər baba","Ulu bir sərkərdə,ulu bir öndər","Ulu öndər"şeirləri səsləndirildi.