Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sənətə həsr olunmuş ömür”

26.04.2018

26.04.2018-ci il tarixdə Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialında Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, sənətşunaslıq doktoru və professoru Mehdi Məmmədovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Sənətə həsr olunmuş ömür” başlığı altında (dəyirmi masa ) tədbir keçrildi. Tədbirdə 19 saylı kitabxananın fəal oxucuları iştirak etdilər. Giriş sözü ilə kitabxananın müdiri Elza xanım Əliyeva çıxış edərək bildirdi ki, Mehdi Məmmədovun həyatı haqqında məlumat verdi. Kitabxananın fəal Məmmədova Nərminə xanım Mehdi Məmmədovun teatr həyatından danışdı. Onun teatr məktəbində “Karl Moor”, “Hacı Əhməd”, Moskvada Ali teatr sənəti institutunda Efpikneyka, “Gün övladları”, “Gün övladları” , “Neznamov “Günahsız müqəssirlər” rollarını oynayıb. 1959-cu ildə Azərbaycan filmin “Onu bağışlamaq olarmı” filmində Qaya roluna çəkilmişdir. Azərbaycan radiosunda Şekspirin “Hamlet” əsərində baş rolu səsləndirib.

MKS-nin 19 saylı filialının böyük kitabxanaçısı Amalya Nağıyeva Mehdi Məmmədovun ayrı-ayrı illərdə Gəncə Dövlət Teatrında, Milli Dram Teatrında, Opera və Balet Teatrında, Azərbaycan Dövlət Dram Teatrında baş rejissor kürsüsünü tutduğundan danışdı. Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov respublikanın əməkdar incəsənət xadimi (21 iyul 1949), xalq artisti (26 aprel 1958) və SSRİ xalq artisti (7 avqust 1974) fəxri adlarına layiq görülmüşdür. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub. Tədbir iştirakçılarda xoş təsurat yaratdı.