Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kinomuzun Cahandar ağası-Ələddin Abbasov” başlıqlı xatirə günü keçirilib

06.05.2022

6.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi  Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 2 saylı Peşə liseyində Azərbaycan Xalq artisti, Azərbaycan  teatr və kino aktyoru  gəncəli Ələddin Abbasovun anadan olmasının 100 illiyi münasibətilə "Kinomuzun Cahandar ağası-Ələddin Abbasov" başlıqlı xatirə günü keçirdi. Xatirə gününü kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, bu gün Azərbaycan teatr və kinosunun inkişafında xüsusi xidmətləri olan, mükəmməl  kişi obrazlarının əvəzsiz aktyoru həmyerlimiz  Ələddin Abbasov işığına toplaşmışıq.
Tədbir iştirakçıları Ələddin Abbasovun və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
 Sonra Rahilə   Qasımova iştirakçılara  Ələddin Abbasovun həyat və yaradıcılığı haqqında məlumat verdi. 
Tədbirdə 2 saylı Peşə liseyinin  direktoru Şahin Məhərrəmov, Cəfər Cabbarlıə adına Gəncə Dövlət Dram teatırının Xalq artisti Məmmədəli Balayev, artist Zəminə Cəfərova, Yazıçılar Birliyinin üzvü, Gəncə bölməsi  YB-nin baş məsləhətçisi Aləmzər Əlizadə, YB üzvü Kənan Yusif oğlu çıxış etdilər.
Ələddin Abbasovla eyni səhnəni bölüşən  həmkarları onun sənətə olan böyük sevgisindən, yaratdığı yüzlərlə obrazlar haqqında danışdılar.  Sənət yoldaşları söylədilər ki, Ələddin Abbasov 15 yaşından Gəncə DDT teatrına gəlmiş və yaradıcılığını  bu kollektivlə davam etdirmişdir.  Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi  sanki Ələddin Abbasovu sənət üçün yaratmışdı. Çıxış edənlər onun xüsusilə "Dəli Kür" kinosunda yaratdığı Cahandar ağa obrazı haqqında,  çəkilişlər zamanı və teatrda canlı səhnədə baş verən maraqlı hadisələrdən də danışdılar. Həmkarları qeyd etdilər ki, biz sənətə sevgini, səhnə mədəniyyətini, səhnədə duruşu ondan öyrənmişik. Belə bir sənətkarla eyni səhnəni bölüşdüyümüz üçün fəxr edirik.
Tədbirdə Ələddin Abbasovun yaradıcılığına həsr edilmiş videoçarx nümayiş etdirildi.
Bu tədbiri keçirməkdə məqsədimiz uzun illər Gəncə    DDT -da çalışan Azərbaycan mədəniyyətinin  teatr və kinomuzun inkişafında özünə məxsus iz qoyan Ələddin Abbasovun  xatirəsini onu sevənlərin yaddaşında əbədi yaşatmaqdır.

 

51.9 KB

 

48.9 KB