06.05.2022
06.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Ziyadlı kənd Sənətkarlıq evində Ulu öndər dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı "Xalqa xidmətdə keçən ömür" başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə Sənətkarlıq evinin kollektivi Tağıyeva Ülviyyə, Qafarova Təranə, Zeynalova Elza, Ziyadlı kənd kitabxanaçısı Quliyeva Aygün, İcra nümayəndəsi Kəpəz Qəmbərov, Aqrar inkişaf mərkəzinin məsləhətçisi Qarayev Həsən və bədii-qiraət dərnəyinin üzvləri Hüseynov Eldəniz, Alıxanov Yunis iştirak etdilər. Tədbiri giriş sözü ilə Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyeva açaraq bildirdi ki, bu günkü tədbirimizi Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Ulu Öndərimizin xatirəsinə həsr etmişik. Heydər Əliyev öz zəngin təcrübəsi, biliyi, bacarığı fəhmi ilə bütün dünya siyasətçilərini heyrətə gətirmişdi. Sonra İcra nümayəndəsi Kəpəz Qəmbərov çıxışında söylədi ki, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, Dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Tədbirin davamında çıxış üçün söz Aygün Quliyevaya verildi. O, çıxışında bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının həyatında elə bir tarixi iz qoyub gedib ki, onun haqqında saatlarla, günlərlə danışsaq belə yetərli olmaz. Allahdan ona rəhmət diləyirəm və qəbri nurla dolsun deyirəm. İnanıram ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının qəlbində, gözlərinin önündə və xatirələrində daima yaşayacaq. Sonda bədii-qiraət dərnəyinin üzvləri Ulu Öndərə həsr olunmuş şeir misralarını söylədilər.