06.05.2022
06 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə Ulu Öndər Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar "Ədəbiyyat üfüqüdən doğan günəş" adlı tədbir keçirildi. Tədbirdə YAP Goranboy rayon təşkilatı, Mübariz qəzetinin əməkdaşı, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın əməkdaşları iştirak etdilər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Şəhər Kitabxana filialının müdiri Nərgiz İsmayılova açdı. Yap Goranboy rayon gənclər təşkilatının sədri Həsən Şirinov Heydər Əliyevin siyasəti, Şəhər Kitabxana filialının baş kitabxanaçısı Narıngül Quliyeva Heydər Əliyevin fəaliyyətindən, Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva Heydərin mənalı həyatı haqqında geniş və ətraflı məlumat verdilər. Tədbirin sonunda Şəhər Kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova Heydər Əliyev haqqında nəşr olunmuş kitabların təqdimatını etdi.