06.05.2022
05 may 2022- ci il tarixdə Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin akt zalında Xocalı rayon MKS –in Yaloba kənd , Cavadlar kənd və Kosalar kənd kitabxana filiallarının təşkilatçılığı ilə Azərbaycanlı şair, tərcüməçi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Əhməd Cavad 130 “ başlıqlı dəyirmi masa təşkil olundu. Tədbiri giriş sözü ilə Kosalar kənd kitabxana filialının müdiri Tamilə Əlieva açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Tədbirdə kitabxananın oxucuları iştirak etdi və müəllifin kitabları ilə tanış oldular.