06.05.2022
05 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Uşaq və yeniyetmələrə dəstək" İctimai Birliyi (UYD) tərəfindən Gəncə Filarmoniyasında Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində "Rənglənmiş tarix" adlı foto-sərgi təşkil olunub.
Sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə Bölgəsinin müdiri Həsən Məmmədov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan şairi Əhməd Cavadın nəvəsi Süleyman Axundzadə, şairin nəticəsi, onun adını daşıyan Prezident mükafatçısı Cavad Axundzadə, şairin kötücəsi Nərgiz Əhməd qızı və şairin səcərəsindən olan digərləri, eləcə də şəhər ziyalıları, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət incəsənət işçiləri iştirak etmişlər.
Sərgidə Şuşa musiqiçilərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullar ilə rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb.