05.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, professor Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar ”İstiqlal şairi Əhməd Cavad” başlığı altında tədbir ədəbi-bədii gecə keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, bu il 2022-ci il görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi ilə əlaqədar Möhtərəm Prezidentimiz cənab İlham Əliyev sərəncam vermişdir. Bu görkəmli şəxsiyyətlərdən biri də Əhməd Cavaddır. Təsadüfi deyil ki, biz bu görkəmli şəxsiyyəti ”İstiqlal şairi Əhməd Cavad” adlandırırıq. Onun adı milli azadlıq və istiqlal ideyaları ilə sıx bağlıdır.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyovun olan Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Və söz çıxışçılara verildi. Tədbirdə görkəmli şairin nəvəsi Süleyman Axundzadə, xanımı və nəvəsi Nərgiz Məmmədova, müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisisti Nüşabə Əsəd Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Aləmzər Əlizadə, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri Qocayeva Sənubər, Rzayeva Gülnara, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova çıxış etdilər. Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Şəhriyar Əliyev görkəmli şairin sözlərinə bəslənilmiş “Çırpınırdı Qaradəniz”, “Şükriyyə” əsərlərini ifa etdi. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Əhməd Cavadın “Elin bayrağı”, “Susmaram”, “Azərbaycan bayrağına”, “Şeirim”, “Dan ulduzu”, “Kölgəm ilə mən”, “Vətəndaş”, “Azərbaycana” və sair şeirlərini əzbər söylədilər. Tədbirin sonunda 15 filialın müdir əvəzi Şəhla İlyasova hər kəsə öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı. İştirakçılar birlikdə xatirə şəkli çəkdirdilər.