05.05.2022
04 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət müəssisələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ulu bir sərkərdə, ulu bir öndər" adlı videoçarx izlənildi. Tədbiri Goranboy rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev açaraq Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan danışdı və qeyd etdi ki Yalnız Azərbaycandan deyil, dünyanın harasından baxırsansa bax, əvvəlcə Heydər Əliyev, sonra Azərbaycan görünür.