04.05.2022
Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 N li kitabxana filialı 04.05.2022-ci ol tarixdə şair, professor Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar " Cumhuriyyət şairi - Əhməd Cavad" adlı mövzu saatı keçirdi. Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Nahidə Əliyeva açdı. Çıxış edərək şairin həyat və yaradıcılığı haqqinda qısa məlumat verdi. Öz qələm təcrübələrinə hələ seminarist ikən müəllimlərinin diqqətini cəlb etmişdi. Cumhuriyyət deyilən zaman hamidan əvvəl Əhməd Cavad yada düşür. Üç rəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur.