04.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 nömrəli kitabxana filialı 04.05.2022-ci il tarixində "Şair,satirik Mirzə Ələkbər Sabir-160" başlığı altında sərgi keçirmişdir. Giriş sözü ilə kitabxanaçı Aidə Abdullayeva çıxış edərək bildirdi ki, Mirzə Ələkbər Sabir min illik ədəbiyyat tariximizin geniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur.Onun əsərləri bütünlüklə zülmə, ətalətə etiraz,insan haqqına və heysiyyətinə qarşı çevrilmiş hər şeyə üsyan və ittihamnamədir.O öz xalqının ictimai-sosial və psixoloji dərdlərini son dərəcə dəqiqliyi ilə və ürək yanğısı ilə deyən,fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır.Bəzən satiranı belə üstələyən, ürək parçalayan lirikasıyla gözəl şair bu gün də müasirdir.Sərgidə Mirzə Ələkbər Sabirin"Hophopnamə"si 2 cilddə, "Seçilmiş əsərləri","XX əsr Azərbaycan poeziyası","Dünya uşaq ədəbiyyatı kitabxanası.M.Ə.Sabir", Tofiq Hacıyevin"Molla Nəsrəddinin dili və üslubu", Tərlan Novruzovun"Sabir ədəbi məktəbi","Uşaq bə buz" və.s.kitabları,eləcə də dövri mətbuat materialları nümayiş etdirildi.