04.05.2022
Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi 4 may 2022-ci il tarixdə muzeydə Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı "Heydər Əliyev və mədəni irsimiz"adlı dəyirmi masa keçirilmişdir. Tədbiri muzeyin direktoru Rəcəb Qarayev açaraq dahi siyasətçi haqqında geniş söhbət etmişdir. Daha sonra tədbir muzeydə təşkil olunmuş Ulu Öndərin həyat və fəaliyyətindən ibarət kitab sərgisi ilə davam etmişdir.