04.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 04.05.2022-ci il tarixində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi, maarifçi və ictimai xadim Əhməd Cavad Axundzadənin anadan olmasının 130 illiyi ilə əlaqədar “İstiqlal şairi“ adlı şeir gecəsi keçirdi.
Filialın müdiri Firuzə Yunusova öz çıxışında qeyd etdiki, böyük şair Əhməd Cavad ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı, hüquqları çeynənən bir ölkənin haqq səsi oldu. O, heç vaxt xalqına və qələminə xəyanət etmədi. Onun istiqlal şeirləri ağızdan-ağıza keçərək yaşadıldı. Bu şeirlər ötən əsrin sonlarında milli azadlıq hərəkatına qoşulan Azərbaycan gəncliyinin dilinin əzbəri oldu. Əhməd Cavad son nəfəsinədək Azərbaycanın azadlığına sadiq qalmış və bu yolda şəhid olmuş vətənpərvər kimi, Azərbaycan istiqlalının böyük şairi kimi yaddaşlarımızdan heç zaman silinməyəcək.
Tədbirdə şair , dramaturq Aləmzər Əlizadə söylədiki, Azərbaycanın istiqlal şairi Ə.Cavadın bütün ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olmuşdur. Ə.Cavad şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalıdır. Yaradıcılığı isə gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Tədirdə musiqi məktəbinin 3-cü sinif şagirdi Rəşad İsayev tarda “Azərbaycan marşını” ifa etdi. Filialın fəal oxucuları “Çırpınırdı Qaradəniz”, “Mənkiməm”, “Susmaram”, “Göy-göl”, “Bayraq”, “Azərbaycan”, “Gəncəm hey”, “Sənağlama”, “Sənsiz” şeirlərini səsləndirdilər.