Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəlbi Vətən olan şair” adlı ədəbiyyat saatı keçirilib

04.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 04.05.22 - ci il tarixdə şair,professor Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar "Qəlbi Vətən olan şair" adlı ədəbiyyat saatı keçirildi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı.Kitabxanaçı əvvəlcə şairin həyat və yaradıcılığı haqqında məlumat verdi.Qeyd olundu ki,Əhməd Məhəmməd oğlu Axundzadə 1892-ci ildə mayın 5-də Gəncə qəzasının Şəmkir nahiyəsinin Seyfəli kəndində anadan olmuşdur,ilk təhsilini mollaxanada almış,sonra isə cəmiyyəti-xeyriyyə məktəbində oxumuşdur (1901-1905), sonra təhsilini Gəncə Müsəlman Ruhani Seminariyasında tamamlamışdır.Kitabxanaçı bildirdi ki,1916-cı ildə şairin "Qoşma"adlı ilk şeiri işıq üzü görmüşdür.AXC-nin üzvü olan şair 1919-cu ildə müstəqil dövlətimizin himnini "Azərbaycan marşı" nı yazır.1930-33-cü illərdə şair Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmiş,professor adını almışdır.1934-cü ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında və "Azərbaycanfilm" kinostudiyasında işləmişdir.1937-ci ildə Əhməd Cavad həbs edilir və "xalq düşməni" damğası vurulub,oktyabrın 13 -də güllələnir və həyat yoldaşı Şükriyyə xanımı "vətən xaini"arvadı kimi sürgün edilir.Tədbiri kitabxanaçı bu sözlərlə bitirdi:Zaman gəldi ki,şair Əhməd Cavad xalqının qəhrəmanı kimi yenidən tarixdə  öz layiqli yerini-zirvəsini tutdu və Azərbaycan xalqı var olduqca bu yer onun olacaq!

 

222.3 KB