04.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası ilə Mərkəzi kitabxana sisteminin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxananın qarşısında "Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı" elan edilməsinin birinci il dönümü münasibətilə "Şuşa 270" adlı rəsm və kitab sərgisi nümayiş olunmuşdur. Sərgidı Şuşa şəhərinin tarixinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinə həsr olunmuş kitab və rəsm əsərləri nümayiş olundu. Rəsm Qalereyasının direktoru Çinarə Abdullazadə və Mərkəzi kitabxananın xidmət şöbəsinin əməkdaşları təşkil edilmiş sərgi barədə geniş məlumat verdilər. Təşkil edilmiş sərgi geniş oxucu kütləsinin marağına səbəb oldu.