04.05.2022
04.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə bağlı "Şuşa Qafqazın konservatoriyasıdır" adlı onlayn videokonfrans keçirildi.
Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi və kənd filialları iştirak etdilər. Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, qeyd etdi ki, Şuşa Qafqazın Konservatoriyası, Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Qüdrətli Azərbaycan dövləti yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun sayəsində xalqımızın ən ağrılı problemi həll olunub, torpaqlarımız işğaldan azad edilib. Bu, tarixi nailiyyətdir, Azərbaycan xalqına məxsus olanın onun özünə qaytarılması misiyyasıdır. Sonra söz Lək kənd Sənətkarlıq evinin müdiri Nəbiyev Cahangirə verildi. O, qeyd etdi ki, Qarabağa qayıdış yalnız əraziyə qayıdış demək deyil. Əzəli Azərbaycan torpaqlarına qayıdış tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə, ənənələrimizə sahib çıxmaqdır. Möhtərəm Prezidentimizin iradəsi, cəsarəti xalqımızın ən böyük arzusunu reallığa çevirib. Ali Baş Komandan status -kvonu dəyişdirib tarixi ədaləti bərpa edib.Qələbinin təmin edilməsinin ən mühüm amillərindən biri də Ulu Öndərin qrup yaratdığı, onun siyasi varisinin güclü, qüdrətli Silahlı Qüvvələrə Çevirdiyi Azərbaycan Ordusudur. O ordu ki, onun döyüş qabiliyyətindən qəhrəman əsgər və zabitlərindən indi bütün dünya danışır.
Daha sonra söz Qarayeri qəsəbə klubunun müdiri Həsənova Günelə verildi. O, bildirdi ki, Şuşa uğrunda aparılan diplomatik mübarizə, döyüşlərdəki qəhrəmanlıq nadir tarixi hadisədir.Əslində Prezidentin 2022-ci ili Şuşa ili elan edilməsinin məntiqi, statistik, mənəvi, hərbi əsasları bu müddət ərzində qoyulmuşdur. Hər bir vətəndaşımız da bu ilin mahiyyətini məhz Şuşa Qarabağ üzərindən qiymətləndirməyə çalışmalıdır. Biz həm də dünyaya sübut etməliyik ki, vəhşilərin dağıtdığı, məhv etdiyi, hər şeyi sıradan çıxardığı bir məkana, mədəni dirçəlişə gəlirik və əmin ola bilərik ki, bu, 2022- ci il Şuşanın bərpası, dirçəlişi üçün həlledici işlərin görülməsi ilə yaddaşlarda qalacaq.