Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Unudulmaz vətən oğulları” mövzusunda tədbir keçirilib

04.05.2022

04 May 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə 9 May-Qələbəmizin 77-ci ildönümü münasibətilə "Unudulmaz vətən oğulları" mövzusunda tədbir keçirildi. Əvvəlcə müharibə veteranlarının və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva 9 May -Qələbə günü haqqında məlumat verdi. Şəhər kitabxana filialının əməkdaşı Kəmalə İsmayılova müharibədə iştirak etmiş Azərbaycan qadınlarından olan ilk təyyarəçi qadınımız Züleyxa Seyidməhəmmədova və gəmi kapitanı olan Şövkət Səlimova haqqında məlumat verdi. Goranboy rayon Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin zabiti Həmid Əlvəndov hərbi komisarlığın fəaliyyəti haqqında danışdı. Goranboy rayonunda hal-hazırda müharibə veteranlarının canlı şahidləri yaşamadığı üçün həmin veteranlardan olan Kürd Məmmədovun nəvəsi, Heydər Əliyev Mərkəzinin əməkdaşı Arif Məmmədov babasının keçdiyi döyüş yolundan danışdı.

 

296.1 KB

 

330.5 KB