04.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialının təşəbbüsü ilə , Qarağaclı qəsəbə kitabxana fillialının birgə təşkilatçılığı ilə 29.04.2022-ci il tarixində Qarağaclı qəsəbə kitabxana filialında 44 günlük Vətən Müharibəsində canından keçən şəhidlərə həsr olunmuş “ Memorial Vətən müharibəsi şəhidləri “ kitabının növbəti təqdimatı keçirildi. Tədbirdə şəhid Bəylərov Seymurun bacısı Bəylərova Elnarə, Samux rayon Mərkəzləşdərilmiş Kitabxana Sisteminin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telli Nəsibova, Qarağaclı qəsəbə Şəhid Habil Məmmədov adına tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Laçın Abbasova, Gəncə Dövlət Universitetinin dekanı ,professor Abbasov Həmid ,Metodika və Biblioqrafiya şöbəsinin müdiri Rübabə Şükürova ,Xidmət şöbəsinin multi-media resursları üzrə mütəxəsis Aytac Bayramova, Kövbər kənd tam orta məktəbin 6cı və 7 ci sagirdləri Lətifova Nərgiz, Qocayeva Əminə, Qarağaclı qəsəbə kitabxanannın filialınını fəal oxucusu Nuray Nəsibovada iştirak etmişdilər. Tədbirdən öncə Samux rayon Kövbər kəndindən olan şəhid Dostuyev Elçinin məzarı ziyarət edildi. Tədbirə başlamazdan öncə Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova tədbir iştirakçılarını salamladı “ Memorial Vətən müharibəsi şəhidləri” kitabı haqqında tədbir iştirakçılarına məlumat verdi. Kitabda 44 günlük Vətən Müharibəsində Vətənin azadlığı uğrunda canından keçən şəhidlər haqqında geniş bioqrafik məlumat əks olunmasını haqqında Qarağaclı qəsəbə ictimaiyyəti nümayəndələrinə məlumat verdi. Qarağaclı qəsəbə kitabxana filialının müdiri Əbdürrəhmanov Eldəniz Samux rayonu Kövbər kəndindən olan şəhid Dostuyev Elçin Murad oğlunun döyüş və həyat yolu haqda ətraflı məlumatı tədbir iştirakçılarına çatdırdı. Gəncə Dövlət Universitetinin dekanı , professor Həmid Abbasov çıxışında başda Ali Baş Komandan cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük Vətən Müharibəsində qazanılan Zəfərindən və Zəfəri bizlərə yaşadan Şəhidlərimizə həsr edilən kitabların gələcək nəsillərə ötrülməsi üçün olan böyük əhəmiyyətindən danışdı.Mərkəzi Kitabxana Sisteminin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telli Nəsibova çıxışında kitabxanalarda şəhidlərin anım günlərinin keçirilməsi silsilə hal almasından və daim təbliğat işlərinin aparılmasından danışdı, Qarağaclı qəsəbə Şəhid Habil Məmmədov adına tam orta məktəbin direktor səlahiyyətlərini icra edən öz çıxışında Laçın Abbasova 2022-ci il Cənab Prezident İlham Əliyevin sərənamına əsasən “ Şuşa ili “ ilini bizə yaşadan başda şəhidlər olmaqla, qazilərimiz və müharibə iştirakçılarına borcu olduğumuzu qeyd etdi.Sonda kitabxananın fəal oxucuları Şəhidlərimizə və Şuşaya həsr olunan şeirlər söylədilər.Tədbir Kəpəz tv tərəfindən lentə alındı