02.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialına ekskursiya edən M.Mehdizadə adına 4 saylı tam orta məktəbin bir qrup VI sinif şagirdlərilə ”Vətənin hər daşı bir abidədir” başlığı altında söhbət keçirildi. Tədbirin aparıcısı 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova ilk öncə kitabxananın yerləşdiyi tarixi bina haqqında danışdı. Sonra kitabxananın fondu, kitabxanadan istifadə qaydaları barədə məlumat verdi. Kitabxanada təşkil olunmuş sərgilər, “Nağıl otağı” məktəblilərə xoştəsir bağışladı. Sonda məktəblilər kitabxanaya üzv yazıldılar.