02.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 01.05.2022-ci il tarixində onlayn formatda II Qarabağ müharibəsi şəhidi polkovnik leytenant Rasim Abdullayevin “Əbədi yaşayanlar” adlı xatirəsinə “Son Nida” adlı kitab təqdimatını keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Rasim Abdullayevin “Son Nida” adlı kitabının təqdimatını etdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Züleyxa Mirzəyeva “Rasimin həyat yolu”, “Ən yüksək rütbəli şəhid”, ibtidai sinif müəlliməsi Fidan Musayeva “Şeirlərində yaşayan şəhid”, Azərbaycan yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Şəhid Rasim, şair Rasim”, adlı mövzularla çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin III sinif şagirdlərindən Babayeva Duyğu, Babayev Hikmət , İsmayılov Hüseyn, Qəşəmli Mehri , İsmayılov Mirkamil, Qasımova Aynur, Xəlilzadə Fatimə, Babayeva Fatimə , Alizadə Nərmin, Hüseynli Mədinə , Hüseynov Fəqan, Vəliyev Məhəmmədəli , Əliyev Amin , Məmmədova Fidan , Nəzərov Hüseyn , Qurbanov Yusif , Kəlbəcər rayon 109 saylı orta məktəbin şagirdlərindən Mina Abbasova, Aygün, Aysun , Gəncə şəhər 26 saylı orta məktəbin III sinif şagirdi Nuray Məmmədova şəhid polkovnik leytenant Rasim Abdullayevin “Son Nida” adlı kitabından şerlər söylədilər. Sonda II Qarabağ şəhidi polkovnik leytenant Rasim Abdullayevin haqqında hazırlanmış “Əbədi yaşayanlar” adlı video çarx nümayiş edildi.