30.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 30.04.22 - ci il tarixdə "Kitabxanalar və gənclik" mövzusunda oxucu konfransı keçirdi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva açaraq ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıb, dövlətin gənclərə qayğısından bəhs etdi.Kitabxanaçı qeyd etdi ki, tədbiri keçirməkdə məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, onları kitabxanalara cəlb etmək, onlarda mütaliə mədəniyyətini yüksəltməkdir.Daha sonra kitabxanaçı Könül Mirxudayevanın " Gənc nəslin formalaşmasında kitabxanaların rolu", 3 saylı kitabxananın kitabxanaçısı Günel Kərimovanın "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda məruzələri dinlənildi.Çıxış edən gənclər Bənövşə Abdullayeva, Şəfa Bağırova ölkədə, xaricdə yüksək nəticələr göstərən gənclər, eyni zamanda 44 günlük müharibənin qələbə çalmasında böyük rolu olan gənclər haqqında iştirakçılara məlumat verdilər.Tədbirin sonunda kitabxananın müdiri bildirdi ki, bu gün Azərbaycanda sağlam, vətənpərvər, intellektual gənclik formalaşıb.