Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa mərdlik zirvəsidir” başlıqlı tədbir keçirilib

30.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 30.04.2022-ci il tarixdə 2022-ci il Şuşa ili  ilə əlaqədar "Şuşa mərdlik zirvəsidir" başlıqlı tədbir keçirdi. İlk öncə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Risalə Həsənova çıxış edərək bildirdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni elmi və ictimai fikir səlnaməmizə əlamətdar səhifələr yazmışdır.
 Tədbirdə iştirak edən Yaradıcılıq evinin kütləvi işçisi Kəmalə Nəsibova Şuşanın erməni hərbi qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalması, işğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmasından danışdı.
  Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevirərək, tariximizə Zəfər günü kimi həkk olundu.
 Sonda kitabxananın fəal oxucusu İbrahimova Elif Məmməd İsmayılın "Şuşa" adlı şeirini səsləndirdi.

 

63.8 KB

 

60.7 KB

 

62.5 KB