Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi

26.04.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı filialında 26 aprel 2018-ci il tarixdə görkəmli pedaqoq, yazıçı və alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə ədəbiyyat saatı keçirildi.

Tədbirdə 39 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.

16 saylı filialın müdiri Lyudmila Axundova açaraq Mir Cəlalın həyat və yaradıcılığından danışdı. O qeyd etdi ki,Mir Cəlal yaradıcı insan olduğundan təbiətin, insanın varlığının sirlərini açmağa can atmışdır. O sözün əsl mənasında əsl insan , dahi şəxsiyyət olmuşdur. O, böyük müdrik olduğundan bir çox hikmət zirvəsinə yiyələnmişdir.

39 saylı məktəbin müəllimi Sevda Məmmədova Mir Cəlal Paşayevin XX əsr Azərbaycan ədəbiyyatında fəxri yerlərdən birini tutduğunu, onun qiymətli hekayə və roman müəllifi olmasından danışdı. 1941-45-ci illər müharibəsi dövründə yazdığı “Yollar”,”Anaların üsyanı”,”Vətən yolları” və hamının dönə-dönə oxuduğu “Bir gəncin manifesti” əsərləri haqqında məlumat verdi.

Daha sonra şagirdlərdən Cəmilov Həmid, Əliyeva Məryəm, Hüseynova Aygün Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindən parçalar oxudular.

Sonda tədbir iştirakçıları “Azərbaycan ədəbiyyatının fəxri” adlı sərgidə nümayiş olunan materiallarla yaxından tanış oldular.