Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəfər Cabbarlının ”Hekayələr” kitabının təqdimatını keçirilib

30.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiklərindən biri olan Cəfər Cabbarlının "Hekayələr" kitabının təqdimatını keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva oxuculara yazıçının zəngin yaradıcılıq yolundan söhbət açdı. Bildirdi ki, Cəfər Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirmişdir. Kitabxanaçı yazıçının "Hekayələr" kitabını təqdim etdi.Qeyd etdi ki, Cəfər Cabbarlının seçmə hekayələrindən ibarət bu kitabda Azərbaycan nəsrində özünəməxsus yeri olan hekayələri toplanmışdır. Yazıçı bu hekayələrdə yaşadığı dövrün mənəvi-əxlaqi problemlərini, cəmiyyətdəki nöqsanları ustalıqla qələmə almışdır. Savadsızlıq, sosial ədalətsizlik kimi problemlərin yaratdığı faciələr bu hekayələrin ana xəttini təşkil edir. Kitab "Altun kitab" MMC -nin nəşriyyat evində 2017-ci il, 176 səhifədən ibarət,  Fərrux Şıxlinskinin redaktorluğu ilə nəşr olunmuşdur. Kitabxanaçı sonda qeyd etdi ki, Azərbaycan klassiklərinin əsərlərini tez-tez mütaliə etməyi unutmayın. Tədbirdə Məhəmməd Füzuli adına 22 saylı orta məktəbin 6-cı sinif şagirdləri iştirak etdi.

 

71.9 KB

 

78.2 KB