30.04.2022
29.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyanın Amfiteatrında ”29 aprel Beynəlxalq Rəqs günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Tədbirdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” uşaq rəqs ansamblı, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə Qönçələri” rəqs ansamblı və Goranboy rayon Uşaq İncəsənət Məktəbinin “Cahid” rəqs ansamblı iştirak etmişdilər.
Sonda isə Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən iştirak edən kollektivlərə Fəxri fərmanlarla təltif edildi.