Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

«Dahi şəxsiyyət, uzaqgörən lider - Heydər Əliyev» mövzusunda tədbir keçirilib

29.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar «Dahi şəxsiyyət, uzaqgörən lider - Heydər Əliyev» mövzusunda tədbir keçirildi.

Tədbirdə Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbirdən əvvəl Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdlərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verdi.

Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva və bələdçisi Sevinc Bədəlova öz çıxışlarında bildirdilər ki, Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi. Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır. İnanırıq ki, dövlətimiz ümummilli liderimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq, daha da inkişaf edəcəkdir.

Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş olundu.

 

140.3 KB

 

159.7 KB