Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Nurlu Ömür Yolu” başlığı altında dəyirmi masa keçirilib

29.04.2022

28.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Əhmədbəyli kənd kitabxana filialı Akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu il dönümünə həsr olunmuş " Nurlu Ömür Yolu" başlığı altında dəyirmi masa keçirdi.Tədbirdə Əhmədbəli kənd İcra Nümayəndəsinin müavini Hüseynova Şəhla, Tibb məntəqəsinin müdiri Muxtarova Sahibə və məntəqənin işçiləri iştirak edirdi Tədbiri Əhmədbəyli kənd kitabxana filialının müdiri Kərimova Gülər açaraq qonaqları salamladı və Akademik Zərifə Əliyeva yaradıcılığı haqqında məlumat verdi. Zərifə Əliyeva 1923-cu ildə görkəmli alim və siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Akademik Zərifə Əliyeva Azərbaycanda fəxrlə sonsuz qürur hissi ilə səslənir.Tədbirdə iştirak edən Əhmədbəyli İcra nümayəndəsinin müavini Hüseyinova Şəhla Zərifə xanım Əliyeva bildirdi ki, Azərbaycan qadınlarına vüqar və fərəh səlnaməsidir. Eləcə də tibb elmində ilk parlayan günəşdir. İnsan dünyaya bir dəfə gəlir ki, şərəfli və dəyərli bir ömür yaşasın. Vətənə, torpağa məhəbbət, təmiz mənəviyyat, xalqa sədaqəti ilə yaddaşlarda qalsın. Azərbaycanın görkəmli avtomoloqu, alim Akademik Zərifə xanım Əliyeva məhz belə bir ömür yoldaşıdır, məhz belə bir Azərbaycan qadınıdır. Sonra Əhmədbəyli kənd kitabxananın kitabxanaçısı Abdullayeva Rəqsanə öz çıxışında bildirdi ki, Zərifə xanım Əliyeva tibb sahəsində bir çox yeniliklər etmişdir.130 elmi əsərin müəllifi olan Zərifə xanım kimya istehsalında gözün öyrənilməsi və profilaktikasi sahəsində orijinal işlər silsiləsinə görə keçmiş SSRİ Tibb Elmləri Akademiyası onu bir çox mükafatlara layiq görmüşdür. Bəli Zərifə xanım Əliyeva örnək Azərbaycan qadını olaraq qəlbimizdə daim yaşayacaq.

 

89.8 KB