25.04.2018
25.04.2018-ci il tarixdə MKS-nin 24 saylı kitabxana filialı Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə “Mir Cəlal Paçayev-110” adlı sərgi- söhbət keçirdi. Kitabxanaçı Təranə Aslanova Mir Cəlal Paşayevin həyatından, elm və yaradıcılıq sahəsində gördüyü işlər haqqında məlumat verdi: Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi, müasir ədəbi proseslə ciddi maraqlanan nüfuzlu alim, respublikanın əməkdar elm xadimi, milli kadrların hazırlanması, gənc nəslin yetişməsi və təlim-tərbiyəsi sahəsində böyük əməyi olan pedaqoq idi. Mir Cəlal özündən sonra zəngin irs qoyub getdi. Yaradıcı şəxsiyyət kimi milli ədəbiyyatımız elm və mədəniyyətimizin yüksəlməsində daim çalışdı və yazıb yaratdı.
Sərgidə yazıçının latin və kiril qrafikasında nəşr olunan kitabları, yaradıcı elm adamlarının onun haqqında yazdıqları kitablar və dövrü mətbuatdan materiallar, sitatlar nümayiş etdirildi.
Görkəmli ədib, xalqımızın xatirəsində daim yaşayacaq. Onun adının əbədiləşdirilməsi məqsədi ilə şəhərimizdə 39№li orta məktəb onun adını daşıyır və Mir Cəlal Paşayevin ev muzeyi fəaliyyət göstərir.