Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

29.04.2022

Mir Cəlal Paşayev Ev muzeyi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 mart 2022-ci il sərəncamına əsasən bu il dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur.
   Mir Cəlal Paşayev Ev muzeyinin təşəbbüsü ilə muzeyimizdə musiqili tədbir təşkil olundu. Tədbirdə Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagirdləri , Gəncə şəhər Heydər Əliyev Mərkəzinin və Tarix Diyarşünaslıq muzeyinin kollektivi də iştirak edirdi. Tədbiri muzeyin elmi işçisi Bağırova Səadət apararaq bəstəkarın həyat və yaradıcılığından danışdı .Daha sonra sözü 1 nömrəli uşaq musiqi məktəbinin direktoru Aidə Əmrahovaya verdi.
   Aidə xanım çıxış edərək Fikrət Əmirovun adını daşıyan 1 nömrəli uşaq musiqi məktəbinin yetirdiyi tanınmış musiqiçilərdən danışdı .Bildirdi ki, bu gün həmin məktəbin yetirmələri ölkəmizin hər yerində, eləcə də Gəncədə, Gəncə Dövlət Filarmoniyasında çalışırlar. Məktəbin kollektivi həmişə istedadlı şagirdlərin sorağındadır. Məhz elə bugün də Fikrət Əmirovun əsərləri   məktəbin istedadlı şagirdləri Bayramova Məryəm , Rüstəmova Aysel , Əliyeva Anara , Vəliyeva Arslan və Məmmədli Xatınun
ifasinda səsləndi. Sonda muzeyin direktoru İbayeva İradə belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən  danışdı və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

108.8 KB

 

130.7 KB

 

116.5 KB