29.04.2022
29 aprel 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxu zalında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayyəndəsi, şifahi xalq ədəbiyyatı üslubunda yazıb-yaradan Molla Pənah Vaqif yaradıcılığına həsr olunmuş “Vaqifin poeziyası” mövzusunda onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Oxu zal müdiri Mehriban Həbibullayeva açaraq, Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verdi.
Tədbirdə Gəncə şəhəri 24 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Dürdanə Quliyeva, Kəlbəcər rayon 85 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Həbibzadə Elnarə, Fətallar kənd kitabxana filialının müdiri Rəfiqə Bayramova çıxış edərək bidirdilər ki, Vaqif şeirlərinin - insan gözəlliyinin tərənümünə həsr edilən əsərlərinin cəlbedici olmasından, şairin onları tükənməyən ilhamla yeni çalarlarla, yeni tərəvatdə qələmə almasından, Vaqifin səmimi, ülvi hissləri, qadına humanist münasibəti bu şeirlərin hər birində fərqli şəkildə təzahür edərək oxucunun zövqünü oxşamasından danışdılar. Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdləri “Durnalar”, “Hayf ki yoxdur” və “Görmədim” şeirləri söylədilər. Tədbirdə Sevinc Abbasova və Seyfəli Məmmədov “Naxçivani”, “Cəlili” və “Göyçə gülü” aşqı havaları əsasında Vaqifin qoşmalarını sazda ifa etdilər.