29.04.2022
29.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər Kitabxana filialında 2022-ci ilin "Şuşa"ili elan edilməsi ilə bağlı "Şuşa qələbəmizin şanlı səhifəsidir" başlığı altında ədəbi-bədii gecə keçirildi.
Tədbirdə Uşaq İncəsənət Məktəbinin filialı, İsmət Qayıbov adına 1saylı tam orta məktəbin, 32 saylı tam orta məktəbin,
4 saylı musiqi məktəbinin şagird və müəllim kollektivi, 28 saylı baxça körpələr evinin müəllim və körpə fidanları, Fərəh İctimai Birliyinin kollektivi, kitabxananın işçiləri və metodistlər, Amerika Mərkəzinin əməkdaşları, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov və Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyev, kitabxananın fəal oxucuları iştirak edirdilər.
Tədbir Şəhidlərimizin və Şuşanın dahi sənətkarlarının əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Aparıcılarımız Şuşanın yaranma tarixindən, işğalından və azad edilməsi haqqında məlumat verdilər. "Şuşanın dağları" mahnısıyla Bülbül adına 3 saylı musiqi məktəbinin müəlliməsi Samirə Hacıyeva çıxış etdi.Sonra uşaqların hazırladıqları səhnələr, rəqslər, Azərbaycana və Şuşaya həsr olunmuş mahnılar və şeirlər səsləndirildi. Uşaqların əl işlərindən ibarət hazırlanmış sərgiylə tanış olundu və tədbir "Yaşa Azərbaycan" mahnısı sədaları altında sona yetdi.Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.