29.04.2022
29.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında fondun təbliği ilə bağlı “Azərbaycan klassikləri” başlığı altında kitab sərgisi keçirildi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq iştirakçıları salamladı və tədbir iştirakçılarına kitabxana fondu haqqında geniş məlumat verdi.
Sonra “Böyük Azərbaycan şairi Nizami”, Məhsəti Gəncəvinin “Rübaidən Rübaiyə”, Mirzə Şəfi Vazehin “Qızılgül ətirli nəğmələr”, Cəlil Məmmədquluzadənin əsərləri, Seyid Əzim Şirvaninin seçilmiş əsərləri, Hüseyn Cavidin əsərləri, Mirzə Ələkbər Sabirin “Hophopnamə”, və daha bir neçə kitablar nümayiş olundu.
Daha sonra isə tədbir iştikaçıları sərgidə nümayiş olunan kitablarla yaxından tanış oldular.
Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi və kitabxananın fəal oxucuları iştirak etdi.