Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan poeziyasının iftixarı Xurşidbanu Natəvan” başlığı altında dəyirmi masa keçirilib

29.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 29.04.2022- cil tarixində  Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar “Azərbaycan poeziyasının iftixarı Xurşidbanu Natəvan” başlığı altında dəyirmi masa keçirildi.

Tədbiri 1 saylı filialın böyük kitabxanaçısı Lalə Kərimzadə açaraq Xurşidbanu Natəvanın həyat və yardıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən  biri də poeziyamızın iftixarı Xurşidbanu Natəvandır. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta", el arasında isə "Xan qızı" çağırmışlar.Xurşidbanu Natəvan 1897-ci ildə oktyabr ayının 1-də  Şuşada  vəfat etmişdir. Daha sonra  4 saylı məktəbin ingilis-dili müəllimi Seyidova Səidə qeyd etdi ki, Xurşidbanu Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Klassik irsə dərindən yiyələnən Xurşidbanu Azərbaycan şeirinin gözəl xüsusiyyətlərini ləyaqətlə davam etdirmiş və qüvvətli rübai ilə poeziyamıza təsir göstərmişdir. Daha sonra 21 saylı kitabxana filialının böyük kitabxanaçısı Sahilə Şabanova və 1 saylı filialın kitabxanaçısı İlhamə Əliyeva Xurşidbanu Natəvan haqqında öz fikirlərini söylədilər. Tədbirin sonunda 4 saylı məktəbin şagirdləri  Xurşidbanu Natəvan - 190 başlığı altında sərgi ilə tanış oldular. Sərgidə Xurşidbanu Natəvanın kitabları və dövrü mətbuatdan istifadə olunmuşdur.

 

 

91.1 KB

 

74 KB