29.04.2022
29.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər üzrə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbində "Şuşa ili"nə həsr olunmuş "Mədəniyyətimizin beşiyi Şuşa" adı altında tədbir keçirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Ulduz xanım Şuşanın tarixi ilə əlaqədar məlumat verdi. Daha sonra musiqi və məktəb şagirdlərinin hazırladığı şerlər dinlənildi.