Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Gözlərə nur verən qadın” adlı dəyirmi masa keçirilib

29.04.2022

28.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı "Gözlərə nur verən qadın" adlı dəyirmi masa keçirdi.Tədbirdə Diyarşünaslıq evininin kollektivi iştirak edirdi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Fatma Əsgərova açaraq bildirdiki, Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev , Cəmil Əliyevin , musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932-1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda Oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950-1953-cü illərdə aspiranturanı başa vurur.1960-cı ildən Tibb elmləri namizədi, 1977-ci ildə Tibb elmləri doktoru olmuşdur.Sonra Çobanabdallı kənd kitabxana fililının kitabxanaçısı Ağca Abdıyeva Zərifə xanımın həyatından bəhs edərək bildirdi ki, Zərifə xanım 1954-cü ildə Heydər Əliyev ilə ailə həyatı qurmuşdur.1955 -ci il 18 oktyabrda Sevil Əliyeva,1961-ci il 24 dekabrda İlham Əliyev dünyaya gəlmişdir.1985 -ci il aprel ayının 15 də Moskva şəhərində vəfat edən ,Zərifə xanım Əliyevanın cənazəsi 1994-cül ildə Moskvanın Novo-Deviçye qəbristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbri yanında dəfn olunmuşdur.

 

81.5 KB