Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Fotoqraf şəhid” adlı görüş keçirilib

29.04.2022

28.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı II Qarabağ Müharibəsi şəhidi Vüsal Məmmədovun ailəsi ilə “Fotoqraf şəhid” adlı görüş keçirdi.
    Tədbiri filialın müdiri Esmira Həsənova açaraq bildirdi ki, 44 gün davam edən Vətən  müharibəsi müzəffər ordumuzun əzmli qələbəsi ilə başa çatdı. Qalib xalq olaraq bu qələbəni bizə bəxş edən şəhidlərimizin ailə üzvlərini və qazilərimizi daim diqqət mərkəzində saxlamaq isə hər birimizin mənəvi borcudur.
İlk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra isə Gəncə Regional Mədəniyyət İdarəsinin rəis müavini Asəf Məmmədov çıxış edərək bildirdi ki, Vətən sadəcə bir torpaq parçası deyil, millətin namusu, qüruru, ana qucağıdır. Azadlıq bir sözlə, hər şeydir. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin müqəddəs torpağıdır, qanımızın axdığı yerdir. Vətən uğrunda düşmənlə qorxmadan vuruşan, canını fəda edən oğullara və qızlara “Şəhid” deyilir. Şəhidlik əslində qəhrəmanın ölümü deyil, Uca Allahın dərgahında ölümün qəhrəmanlığıdır.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə, Azərbaycan Respublikası Yazıçılar birliyinin Gəncə Bölməsinin sədri, əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, Əməkdar mədəniyyət işçisi, əmək veteranı, şair, publisisit Bəxtiyar Muradov, Qazilər,Vətən müharibəsi iştirakçıları ailələrinin İctimai birliyinin Qərb bölgəsi üzrə Komitə sədri İlham Əliyev, Gəncə filialının sədri Mətin Abdinov  və kitabxananın fəal oxucusu, Gəncə Maarif evinin həmtəsisçisi İmamverdi Vəliyev çıxış etdi.
Şəhid Vüsal Məmmədovun ailə üzvləri –atası, anası ,qardaşı, qohumları, iş yoldaşları, döyüş yoldaşları, dostları onunla bağlı öz təəssürtalarını tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə Şəhid Vüsal Məmmədova həsr olunmuş video çarx da namayiş olundu.
Sonra isə Samux  rayon Alıuşağı kənd M.F. Axundov adına tam orta məktəbin 8-ci sinif şagirdləri  Orucova Şəfa “Şəhidlər”, Vəliyeva Sədaqət “Şəhid balalar”, Nəsibova Jalə “Vətən” şeirini səsləndirdi.
Sonda tədbir iştirakçıları Şəhid Vüsal Məmmədova həsr olunmuş guşə ilə yaxından tanış oldular və xatirə şəkli çəkildi.
  Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə, Azərbaycan Respublikası Yazıçılar birliyinin Gəncə Bölməsinin sədri, əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, Əməkdar mədəniyyət işçisi, əmək veteranı, şair, publisisit Bəxtiyar Muradov, Qazilər,Vətən müharibəsi iştirakçıları ailələrinin İctimai birliyinin Qərb bölgəsi üzrə Komitə sədri İlham Əliyev, Gəncə filialının sədri Mətin Abdinov  və kitabxananın fəal oxucusu, Gəncə Maarif evinin həmtəsisçisi İmamverdi Vəliyev və Vətən müharibəsi qaziləri iştirak etdi.

 

142.7 KB

 

58.5 KB

 

69.7 KB