25.04.2018
Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas-alim, pedaqoq, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi.
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin birlikdə təşkil etdikləri dəyirmi masanın giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, şairə Xəzangül Hüseynova açdı. O, görkəmli ədib Mir Cəlal Paşayevin həyat və yaradıcığından, pedaqoji fəaliyyətindən ətraflı məlumat verdi.
Sonra şairlərdən Aləmzər Əlizadə, İnqilab İsaq, Ramiz Təmkin, İmamverdi Məmmədov, Bayram Göy çəli, Rəhim Qurbani, Oktay Abdullayev, İqbal İsmayıllı, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva və başqaları çıxış etdilər.