28.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 27.04.2022- ci il tarixində Gəncə şəhər 26 nömrəli Fizika -Riyaziyyat və İnformatika təmayüllü məktəb lisey kompleksində məşhur rus yazıçısı Sergey Kozlovun “ Kirpi dumanda” kitabının təqdimatını keçirtdi. Kitabı təqdim edən uşaq kitabxanasının kitabxanaçısı Kifayət Sadıqova qeyd etdi ki, Azərbaycan yazıçısı Sevinc Nuruqızı tərəfindən ana dilimizə tərcümə edilən kitaba, öz dəyəri və tərbiyəvi əhəmiyyəti ilə seçilən, kiçik yaşlı oxucuların bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayan nağıllar daxil olmuşdur. Kitabda tikanları hələ itiləşməmiş balaca Kirpinin müdrik fikirləri,toppuş, sevimli Ayının sadədilliliyi təkcə uşaqların yox, bütün oxucuların dünyasına xüsusi bir rəng qatıb, dostların və dostluğun ömrümüzə necə xoşbəxtlik saçdığının şahidi olacaqsınız. Əsəri oxuduqca kiçikdən-böyüyə hər kəsin zövqünü oxşayaraq, unsanda fəlsəfi fikirlər və ülvi hisslər yaradacaqdır. Kitab 2018-c ildə Bakıda “Parlaq İmzalar” nəşriyyatında 104 səhifədən ibarət olaraq nəşr olunmuşdur. Həmçinin “Kirpi dumanda” nağıllına1975 ci ildə məşhur rus multiplikator və rejissoru Yuri Norşteyn tərəfindən cizgi filmi çəkilib. Cizgi filmi 2003-cü ildə dünyanın 150 animasiyası arasında bütün dövrlərin “Ən yaxşı animasya filmi”kimi seçılıb. Sonda qeyd olundu ki, kiçik yaşlı uşaqlar və məktəblilər üçün nəzərdə tutulan “Kirpi dumanda” kitabını nə zaman istəsələr Uşaq Kitabxanasının fondundan əldə edib oxuya bilərlər.