Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kimə bənzəmək istərdiz?” adlı sual- cavab keçirilib

28.04.2022

27.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi məktəblilər arasında “Kimə bənzəmək istərdiz?” adlı sual- cavab keçirdi. Tədbir Samux rayon S.Əliyev adına 2saylı tam orta məktəbin 4a sinifi ilə birgə keçirildi. İnsan - bütün ömrü nümunələrlə yaşayır, sevdiyi, hörmət bəslədiyi adamların şəxsi nümunəsi ilə tərbiyələnir. Həyatda gördüyümüz hər hansı adi şəxs, nağıl qəhrəmanları, kinofilimlərdə ki, müsbət qəhrəmanlar bizim üçün şəxsi nümunə ola bilər. Hər bir insan özünə məxsus şəkildə maraqlıdır. İlk növbədə özünü tapmalı, özünə inanmalı, şəxsiyyət olmağına əmin olmalıdır. Uşaqlar –“Kimə bənzəmək istərdiz?”, “Oxşamaq istədiyiniz bir insanın vacib xüsusiyyətlərini nədə görürsünüz ?” suallarına cavab verdilər.

 

106.1 KB

 

90.3 KB

 

78.2 KB