28.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə 27.04.2022-ci il tarixdə Mərkəzi Kitabxana Sistemində 44 günlük Vətən Müharibəsində canından keçən şəhidlərə həsr olunmuş “ Memorial Vətən müharibəsi şəhidləri “ kitabının növbəti təqdimatı keçirildi. Tədbirdə şəhid Bəylərov Seymurun bacısı Bəylərova Elnarə, şəhid Yusifov Talehin anası Yusifova Mələk, bacısı Yusifova Qəmər, Samux rayon Mirzə Ələkbər Sabir adına 1 saylı lisey-məktəbin 4-b sinif şagirdləri,Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin xidmət şöbəsinin, uşaq şöbəsinn, metodika və bibliqrafiya, kitab işləmə və informasiya resurs şöbələrinin əməkdaşları, Qarağaclı kənd kitabxana filialının müdiri Əbdürrəhmanov Eldəniz ,Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Ziyadlı kənd kitabxana filialının müdiri Məmmədova Laləzar və kitabxanaçı Quliyeva Aygün iştirak etdilər. Tədbirə başlamazdan öncə Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qarayeri qəsəbə kitabxana filialının müdiri Samirə Məmmədova tədbir iştirakçılarını salamladı “ Memorial Vətən müharibəsi şəhidləri” kitabı haqqında tədbir iştirakçılarına məlumat verdi. Kitabda 44 günlük Vətən Müharibəsində Vətənin azadlığı uğrunda canından keçən şəhidlər haqda geniş bioqrafik məlumat əks olunmasından danışdı. O cümlədəndə Samux rayonundan olan şəhidlərin döyüş və həyat yolları haqqında ətraflı məlumatlarıda tədbir iştirakçılarına çatdırdı. Vətənimizin bu taleyüklü savaşında qazandığımız Qələbəyə görə, müzəffər Ali Baş Komandanımızın özünün də bütün çıxışlarında vurğuladığı kimi , ilk növbədə şəhidlərimizə borcluyuq. Bu Zəfərdə minlərlə igid Azərbaycan oğlunun misilsiz şücaəti,fədakarlığı , canı-qanı bahasına başa gəldi. TEAS Pres Nəşriyyat evinin çap etdiyi bu kitab məhz həmin qəhrəmanlarımıza-Vətən müharibəsinin müqəddəs şəhidlərinə həsr olunmasından danışdı. Mərkəzi Kitabxana Sisteminin direktor səlahiyyətlərini müvəqqəti icra edən Telli Nəsibova çıxışında kitabxanalarda şəhidlərin anım günlərinin keçirilməsi silsilə hal almasından və daim təbliğat işlərinin aparılmasından danışdı, şəhid Yusifov Talehin anası Yusifova Mələk, bacısı Yusifova Qəmər,şəhid Bəylərov Seymurun bacısı Bəylərova Elnarə şəhidlərin keçirdikləri döyüş yollarından və xatirələrndən tədbir iştirakçıları ilə bölüşdülər. Tədbir Uşaq Şöbəsinn fəal oxucularından olan Mirzə Ələkbər Sabir adına 1 saylı lisey-məktəbin 4-b sinif şagirdlərinin söylədikləri şəhidlərə və Şuşaya həsr edilmiş şeirlərlə sona çatdı.