Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xan qızı-Xurşidbanu Natəvan” adlı söhbət keçirilib

27.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 27.04.22-ci il tarixində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar olaraq “Xan qızı-Xurşidbanu Natəvan” adlı söhbət keçirildi. Tədbirdə N.Nərimanov adına 25 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri iştirak etdilər.

Söhbəti şöbənin müdiri Ellada Rəhimova apararaq  şairin həyat və yaradıcılığı haqqında məlumat verdi və bildirdi ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan parlaq bədii istedada malik söz sənətkarıdır. O, adı dillərə düşmüş, el arasında hörmətlə yad edilən, sevilən, əzbərlənən və haqqında gözəl rəvayətlər yaranan həssas şairə,vətənpərvər şəxsiyyətdir. Təxəllüsündən bəlli olduğu kimi, Xurşidbanu Natəvan şeirimizə narahat bir ilhamla, şikayətçi bir ruhla gəlmişdir. Şeirlərində haqsızlığa, insanlara zindan kəsilən feodal dünyasının ədalətsiz qanunlarına öz narazılığını bildirmişdir. Tədbirdə iştirak edən N.Nərimanov adına 25 nömrəli məktəbin müəlliməsi Zoya Salmanova qeyd etdi ki, poeziyamızın iftixarı olan  Xurşidbanu Natəvan yaradıcılığında insana məhəbbət, həqiqətə inam və xeyirxahlıq daha çox gözə çarpır. Şairə bacarıqlı söz ustadı olmaqla yanaşı, həmdə xeyirxah əməlləri ilə də böyük şöhrət qazanmışdır. Xalqının maariflənməsi, savadlı olması üçün çalışaraq onlara bir çox imkanlar yaratmışdır. Eləcədə yaşadığı Qarabağ torpağının abadlaşdırılmasındada böyük zövq və həvəslə bir çox yeniliklər həyata keçirtmişdir. Tədbirdə iştirak edən şagirdlər Xurşidbanu Natəvanın “Qərənfil” , “Səfası gülün” və “Pərvanə” şeirlərindən parçalar söylədilər.

 

 

99.3 KB

 

107.3 KB