27.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü və 3 saylı uşaq bağçasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə «Heydər babamızın nəvələriyik» mövzusunda tədbir keçirildi.
Tədbirdə 3 saylı uşaq bağçasının körpələri, direktoru və müəllimləri iştirak etdilər. Mərkəzin bələdçisi Sevinc Bədəlova körpələrə Ulu Öndər Heydər Əliyev haqqında məlumat verdi.
Körpələr Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.
Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında video-çarx izlədilər.