27.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 27. 04. 2022-ci il tarixdə Xalq artisti', bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədar "Mənəvi sərvətimiz -Fikrət Əmirov" başlığı altında musiqi saatı keçirdi. Tədbiri acan filialın böyük kitabxanaçı Nahidə Əliyeva qeyd etdi ki , Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama əsasən unudulmaz sənətkara həsr olunmuş bir- birindən maraqlı tədbirləri kitabxanamızda da keçirdik. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabr ayının 22-də Gəncə şəhərində məhşur tarzən və xanəndə ailəsində anadan olmuşdur. Böyük bəstəkat çağdaş Azərbaycan musiqisinin parlaq nümayəndələrindən biridir. O, xalq tərəfindən sevilən, geniş şöhrət qazanmış musiqi əsərlərinin müəllifidir. Onun yaratdığı "Sevil " operası ," Min bir gecə" , "Nizami " , " Nəsimi " baletləri, " Gözün aydın ", " Ürəkçalanlar " musiqili komediyaları, " Azərbaycan kapriççiosu" və bir çox başqa əsərlər Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmiş sənət inciləridir.
Bəstəkar simfonik muğam janrının yaradıcısıdır." Şur ", " Kürd ovşarı" və " Gülüstan - Bayatı Şiraz " simfonik muğamlarında o, ilikin mənbəyə istinad edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası və yaradıcı təxəyyülü ilə zənginləşdirmiş , orkestr boyalarının əlvanlığına nail olmuşdur.Fikrət Əmirov eyni zamanda sabahın musiqiçisidir. Bu gün gənc nəsil də Fikrət müəllimin əsrarəngiz ğözəlliklərlə, qəlb titrəyişləri , nilli harmoniya, vətənpərvərlik və qəhrəmanlıq rəmzləri ilə dolu olan musiqicini sevə- sevə ifa edir və dinlənir. Biz hələ də ölməz musiqisinin sədasını neçə illər sonra da eşidəçək və şübhəsiz ki, buna sevinəcək , bundan qürur duyacağıq.
Tədbirdə 4 saylı musiqi məktəbinin müəllimə və şagirdləri, fəal oxucular iştirak edirdilər.Svetlana Məmmədova , Mədinə Əliyeva nəzəriyə müəllimələri, Rəna Behbutova fortepiano müəlliməsi, 7 sinif şagirdi Esmiralda Bağırova bəstəkarın " Tokatta'"əsərini, 5 sinif şagirdi Ülkər Mirzəyeva "Aşıq sayağı ", " Layla" əsərlərini fortepianoda ifa etdilər.