27.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı layihəsi” çərçivəsində Azərbaycan nağılı “Ağ göyərçin” nağılının onlayn müzakirəsini keçirtdi. Tədbiri 15 saylı filalın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə nağıllar, onların forma və məzmununa görə neçə qrupa bölündüyü haqqında məlumat verdi. Sonra “Ağ göyərçin” nağılını ifadəli şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Nağılın əsas ideyasının daha aydın olması üçün müzakirə məqsədilə uşaqlara suallarla müraciət etdi. Tədbirin iştirakçıları M.Füzuli adına 22 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri müzakirədə xüsusilə fəallıq nümayiş etdirdilər. Belə ki, müharibələrə, qarşıdurmalara yox deyən, hökmdarlara düzgün məsləhət verən müdrik analara hörmət hissini aşılayan Azərbaycan nağılı “Ağ göyərçin” nağılının əsas ideyası kiçik yaşlı oxuculara aşılanmış oldu. Kitabxanaçı sonda iştirakçılara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.