26.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində növbəti nağıl saatı keçirildi. Bu dəfəki nağıl saatı multikulturalizmin təbliği ilə əlaqədar oldu. Şöbənin kitabxanaçısı balacalara Yəhudi nağılı olan “Levifan,tülkü,bir də balıqlar” və Avar nağılı olan “Dag və siçan nağıllarını oxudu. Uşaqlar həmişəki kimi xeyirxahlıq, dostluq, mərdlik, mənəvi saflıq, böyüyə hörmət və s. kimi hissləri bu nağıllardada öyrəndilər. Bildikləri nağillardan danışaraq nağıl saatını dahada maraqlı etdilər.