Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib

26.04.2022

26.04.2022-ci il tarixində  Mir Cəlal Paşayev Ev muzeyi üçün əlamatdar bir gündür. Azərbaycan ədəbiyyatının görkəmli  nümayəndəsi Mir  Cəlal Paşayev bu gün dünyaya gəlib. Bu münasibətlə muzeydə xatirə gecəsi keçirildi. Xatirə gecəsi Azərbaycan şəhidlərinin ruhunun  bir dəqiqəlik sükutla yad olunması ilə başladı.Tədbir Gəncə Regional İdarəsinin təşəbbüsü ilə keçirildi.Ədəbi bədii gecədə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi  cənab Vasif  Cənnətov  Mir Cəlal Paşayev yaradıcılığının təbliği üçün muzeyin əhəmiyyətindən danışdı.

       Xatirə gecəsində Gəncənin yaradıcı insanları,  yazıçının tələbələri  iştirak edirdilər. Muzeyin bələdçisi Dilbər Orucova onları salamladı və "Üç zirvənin fatehi "  sayılan bu  görkəmli insanı anmaq üçün gələn hər kəsə xüsusi təşəkkürünü bildirdi . İlk olar AMEA  Gəncə bölməsinin sədri Akademik Fuad Əliyev, Mir Cəlal Paşayevin əsl Azərbaycan ziyalısı, müdirik ailə başçısı,  xeyirxah bir insan olmasından danışdı. Tədbirdə onun tələbələri: Gəncə Dövlət Universitetinin professoru  Xəlil Yusifli, Gəncə Dövlət Universitetinin dossenti Nəzmiyyə Axundova ,  publisist yazıçı, peşəkar jurnalist "Gəncənin səsi " qəzetinin redaktoru Rəfiqə Sadıqova ,  jurnalist İlqar  Həsənov , AMEA Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun şöbə müdiri Ruziyyə Quliyeva da iştirak etdi. Onlar Mir Cəlal Paşayevlə bağlı xatirələri bölüşdülər.  
     Ədəbi -bədii gecə yazıçı, jurnalist,  dramaturq   Nüşabə Əsəd Məmmədlinin, AYB - nin  Gəncə bölməsinin sədri şairə Xəzəngül Hüseynovanın, Teatrşünas alim Anar Bürcəliyevin  maraqlı söhbətləri ilə davam etdi. Mir Cəlal Paşayevin anıldığı bu gecənin  musiqili qonagları , Gəncə Dövlət Flarmoniyasının  Göygöl Dövlət mahnı və rəqs ansambılı oldu.  Xəyal Əliyev və Şirxan Cahangirovun ifasında səslənən muğamlar qonaqlar tərəfindən çox bəyənildi.   Davud Ordubadlının Mir Cəlal Paşayevə həsr etdiyi şeiri 27 Nömrəli məktəb - liseyin şagirdi  Ləman İbayeva səsləndirdi. Tədbirdə   çıxış edən  qonaqlar muzeydə gedən təmir- bərpa işlər üçün Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinə  və Gəncə Regional Mədəniyyət idarəsinə təşəkkür etdilər. Ədəbi-bədii gecənin sonunda Mir Cəlal Paşayev Ev muzeyinin direktoru İradə İbayeva tədbirdə iştirak edən hər bir kəsə təşəkkür etdi.

 

52.5 KB

 

75.5 KB

 

75.9 KB