Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bir ulduz parladı uzaq üfüqdə” adlı dəyirmi masa təşkil edilib

26.04.2022

26.04.2022- ci il tarixində Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon MKS-nin Veyisli kənd kitabxana filialının böyük kitabxanaçısı Sənəm Böyükkişiyeva Sənətkarlıq klubunun müdiri Bayramova Sadiqə ilə Cümhuriyyət şairi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar Rəşid Ibrahimov adına tam orta məktəbin 10- cu sinif şagirdləri ilə "Bir ulduz parladı uzaq üfüqdə" adlı dəyirmi masa təşkil etdilər. Tədbiri giriş sözü ilə kitabxanaçı Sənəm açdı. O, "Cümhuriyyət" deyəndə həmişə yada Əhməd Cavad düşdüyündən, Şəmkir rayonunun Seyfəli kəndində 1982- ci ilin may ayının 5 də anadan olduğundan, kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirdiyindən, rus, ərəb, fats dillərini mükəmməl öyrəndiyindən, Hüseyn Cavid və Abdulla Sur kimi görkəmli ziyalıların tələbəsi oldiğundan, genosidə qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan biri olduğundan, Müsavatın ilk himni, ilk marşı, ilk bayraği onun adı ilə bağlı olduğu kimi , ilk şəhidi, ilk qurbanı da Əhməd Cavad olduğundan, zorakırlıqlara məruz qalan Əhməd Cavadın 1937 ci ilin oktyabr ayının 9-da 45 yaşında faciəli şəkildə vəfat etdiyindən, onun şair kimi doğuldiğundan, şair kimi yaşadığından və şair kimi öldüyündən danışdı. Tədbirin sonunda 10- cu sinif şagirdləri Cəfərov Miryisif, Nağıyev Mirbağır, Mustafayeva Aytac Əhməd Cavadın şerlərindən oxudular.

 

46.4 KB

 

46.4 KB