26.04.2022
22 aprel 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı, Goranboy şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar "Milli İstiqlal şairi Əhməd Cavad" mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə repressiya qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Şəhər Kitabxana filialının əməkdaşı Kəmalə İsmayılova açaraq repressiya qurbanları haqqında danışdı. Şəhər 1 saylı tam orta məktəbin Azərbaycan-dili ədəbiyyat müəllimi Ülviyyə Alıyeva Əhməd Cavad haqqında ümumi məlumat verdi. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova Ülviyyə Tahirin "Şükriyyə taleyim" romanı haqqında, Şəhər Kitabxana filialının əməkdaşı Narıngül Quliyeva Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından, Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəbnəm Əliyeva isə şairin həyat və yaradıcılığı haqqında geniş və ətraflı məlumat verdi.