26.04.2022
26.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Tap Qaraqoyunlu kənd filial kitabxanasında Azərbaycan bədii mədəniyyət tarixində lirik şair kimi məşhur olan Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Natavan poeziyasının işığında"adlı"qiraət saatı " keçirildi.Tədbirdə baş kitabxanacı Leyla Mikayılova çıxış edərək dedi 19- cu əsirde Şuşada yaşayıb yaratmış istedadlı qadın şairəmiz Xurşidbanu Natəvan (xan qızı) ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.Füzuli poeziyasından bəhrələnən şairin qəzəllərində ki ,incə lirizim, dərin məzmun, yüksək emosiya onu bir sənətkar kimi zamanın yaddaşından silinməyə qoymamış , Natavan lirikası öz təravətini saxlamışdır.Tapqaraqoyunlu kənd orta məktəbinin Ədəbiyyat müəllimi Heydərova Sevil Xurşidbanu Natəvanın həyat və yaradıcılığından dinləyicilərə geniş məlumat verdi.Tapqaraqyunlu kənd orta məktəbinin yuxarı sinif şagirdləri şairin ilhamla qələmə aldığı"Bənzətdim","Eylər","Mən idim","Sən idin","Gətirir"və.s şeirlərini səsləndirdilər.